Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov Yaponiyanın Kioto şəhərinin meri Matsui Kodzi may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştiraka dəvət edib.
"Report" xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Kioto meri Matsui Kodzi ilə görüşməkdən məmnunam. Kioto, Şəki və Şuşa şəhərləri arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə dair məsələlər müzakirə olundu. Eyni zamanda, görüş zamanı Bakıda keçiriləcək WUF13-də iştirak etmək üçün dəvət təqdim edilib", - paylaşımda bildirilib.
Xatırladaq ki, WUF13 mayın 17–22-də keçiriləcək.