IMG-LOGO

Aeroport yolundakı dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

08 Apr 2026 09:59 5 baxış
IMG
0 0

Aeroport yolunda baş verən ağır yol qəzasının görüntüləri yayılıb.

Lent.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, Xəzər rayonu ərazisində baş verən qəza zamanı xəsarət alanlar olub.

NİİM həmin qəzanın görüntülərini yayaraq sürücülərə müraciət edib:

"Hansısa sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa, digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu artıq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir. Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə, ağır nəticələrə səbəb olduqda isə cinayət məsuliyyətinə gətirib çıxarır.

Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonu, Aeroport şosesində baş verən bu qəzada olanlar da bir qisim sürücüyə tanış mənzərədir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün müşahidə kamerasının qeydə aldığı qəza anına baxıb nəticə çıxarmağınızı tövsiyə edirik".

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr aeroport yolunda qəza qəza görüntüləri

Xəbər lenti