IMG-LOGO

Xaçmazda 37 yaşlı kişi kanalda boğulub

08 Apr 2026 10:39 3 baxış
IMG

Xaçmazda 37 yaşlı kişi kanalda boğulub.

"Report" xəbər verir ki, Sibiroba kənd sakini 1989-cu il təvəllüdlü Rəşad Şixəmməd oğlu Məmmədov kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub.

R.Məmmədovun meyiti sudan çıxarılıb.

Faktla bağlı Xaçmaz Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Xəbər lenti