IMG-LOGO

Türkiyə də uşaqlara sosial şəbəkəni qadağan edir

08 Apr 2026 10:43 5 baxış
IMG
2 0

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi qadağan edilir.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, ədliyyə naziri Akın Gürlekin sözlərinə görə qanuna əsasən, yaxın 3 ay ərzində sosial mediaya giriş yalnız şəxsiyyət təsdiqi ilə mümkün olacaq.

Yeni tənzimləmələrə görə, 15 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsi qadağan ediləcək. Platformalar istifadəçilərin yaşını təsdiqləmək üçün xüsusi sistemlər tətbiq etməyə məcbur olacaq. 15 yaşdan yuxarı istifadəçilər üçün isə daha təhlükəsiz və fərdiləşdirilmiş xidmətlər təqdim olunacaq.

Bununla yanaşı, valideyn nəzarəti alətləri məcburi olacaq. Bu alətlər vasitəsilə valideynlər hesabların idarə olunması, istifadə müddətinin məhdudlaşdırılması və xərclərə nəzarət kimi funksiyalardan yararlana biləcəklər.

Qanun layihəsində həmçinin aldadıcı reklamların qadağan olunması da nəzərdə tutulur. Böyük sosial media platformaları üçün isə daha sərt qaydalar tətbiq ediləcək. Xüsusilə təcili qərarların 1 saat ərzində icra olunması tələbi irəli sürülür.

Qaydaları pozan platformalara qarşı reklam qadağası və maliyyə məhdudiyyətləri kimi sanksiyalar tətbiq ediləcək.

Qeyd olunur ki, bu dəyişikliklər sosial media mühitində təhlükəsizliyin artırılması və istifadəçilərin daha yaxşı qorunması məqsədi daşıyır.

sosial media qadağası Türkiyədə yeniyetmələrə sosial şəbəkə qadağası

Xəbər lenti