IMG-LOGO

Makron və Koşta Yaxın Şərqdəki münaqişə tərəflərini razılaşmalara riayət etməyə çağırıblar

08 Apr 2026 13:22 3 baxış
IMG

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran arasında atəşkəsi alqışlayıb, Yaxın Şərqdəki münaqişənin bütün tərəflərini gələcək danışıqların aparılması üçün atəşkəs rejiminə tam riayət etməyə çağırıb.

"Report"un BFMTV telekanalına istinadən məlumatına görə, o, bu barədə ölkənin müdafiə və güc qurumlarının yüksəkvəzifəli nümayəndələrinin görüşü zamanı bildirib.

"Yaxın vaxtlarda bütün regionda bu razılaşmaya tam riayət olunacağını və Fransanın 2018-ci ildən bəri müdafiə etdiyi danışıqların aparılmasına imkan verəcəyini gözləyirik. Bu danışıqlar İranla bağlı nüvə, ballistik və digər regional məsələləri tənzimləməyə imkan yaradacaq. Biz atəşkəs haqqında razılaşmanın tam şəkildə Livana da şamil olunmasını istəyirik", - o qeyd edib.

Bundan əlavə, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta da Pakistanın müsbət rolunu qeyd edərək, ABŞ və İran arasında iki həftəlik atəşkəsin əldə olunmasını şərh edib:

"Mən regionda dayanıqlı sülhə nail olmaq üçün bütün tərəfləri onun şərtlərinə riayət etməyə çağırıram. Aİ davam edən səyləri dəstəkləməyə hazırdır və regiondakı tərəfdaşlarla sıx əlaqələr saxlayır. Pakistana və bu razılaşmaya yardım etməyə cəlb olunmuş bütün digər tərəflərə təşəkkür edirəm".

Xəbər lenti