IMG-LOGO

Türkiyədə keçiriləcək matçlarda Mirça Luçeskunun xatirəsi anılacaq

08 Apr 2026 13:17 3 baxış
IMG

Aprelin 8-13-ü aralığında Türkiyədə keçiriləcək oyunlarda "Beşiktaş" və "Qalatasaray"ın sabiq baş məşqçisi Mirça Luçeskunun xatirəsi anılacaq.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, 80 yaşında vəfat edən rumıniyalı mütxəsəssə görə matçlarda 1 dəqiqəlik sükut elan olunacaq.

Xatırladaq ki, son olaraq Rumıniya millisinin baş məşqçisi işləyən Mirça Luçesku ötən gün vəfat edib. Zəngin məşqçilik karyerası olan rumıniyalı mütəxəssis İtaliyanın "İnter", "Piza", "Breşiya", Türkiyənin "Qalatasaray", "Beşiktaş", Ukraynanın "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) komandalarına da rəhbərlik edib.

Xəbər lenti