IMG-LOGO

Fidan Əraqçiyə Türkiyənin müvəqqəti atəşkəsi dəstəklədiyini bildirib

08 Apr 2026 14:38 3 baxış
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" nazirlikdəki mənbələrə əsasən məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Hakan Fidan Türkiyə olaraq müvəqqəti atəşkəsdən məmnunluğunu ifadə edib.

H.Fidan daimi sülhün təmin edilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Xəbər lenti