IMG-LOGO

Nazir: "Türkləşmək, islamlaşmaq, müasirləşmək" kitabı türk dünyasının ortaq mədəni yaddaşına salınıb

08 Apr 2026 16:38 4 baxış
IMG

Ziya Gökalpın "Türkləşmək, islamlaşmaq, müasirləşmək" kitabı türk dilinin beş fərqli dilində (Azərbaycanca, özbəkcə, qazaxca, türkməncə, qırğızca) nəşr olunaraq türk dünyasının ortaq mədəni yaddaşına əlavə edilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sözügedən kitabın təqdimat mərasimində bildirib.

Nazir deyib ki, layihənin məqsədi türk dünyasında dil, kimlik və düşüncə əsasında güclü bir əlaqə yaratmaqdır.

"Bu əsər ortaq yaddaşımızın gücləndirilməsində mühüm rol oynayır. Elm adamlarından sənətçilərə qədər dərin kök salmış bilik toplusunu gələcək nəsillərə ötürməyin bir məsuliyyətdir. Bu irsi yeni nəsillərə ötürməklə Türk dünyasının ortaq dəyərlər ətrafında daha da güclü birləşəcək", - deyə o vurğulayıb.

Xəbər lenti