Dağlıq Livan əyalətinin Aukar rayonunda (Beyrutun ətrafı) aprelin 8-i ABŞ səfirliyinə dövlət nömrə nişanı olan naməlum avtomobildən atəş açılıb.
"Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli "LBCI" telekanalı məlumat yayıb.
Hadisə nəticəsində yaralananlar barədə bildirilmir.