IMG-LOGO

Zamira Adilova TƏBİB-dən getdi

08 Apr 2026 19:24 3 baxış
IMG
0 0

Zamira Adilova “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

Lent.az-ın məlumatına görə, Zamira Adilova bu barədə özünün "Facebook" səhifəsində yazıb.

"Əziz dostlar, həmkarlar,

Bu gün TƏBİB-də son iş günüm idi.

Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm.

Dəyərli komandamın hər bir üzvünə isə göstərdikləri fasiləsiz səylərə, nizam-intizamlarına və uğurlu fəaliyyətinə görə sonsuz minnətdaram!

TƏBİB-dən gözəl xatirələrlə ayrılıram və hər bir həmkarıma gələcək fəaliyyətində uğurlar arzulayıram.

Media mənsubu həmkarlarıma isə dəstəkləri üçün dərin ehtiram və sevgilərimi çatdırıram!

Görüşənədək…"

Zamira Adilova TƏBİB

Xəbər lenti