Türkiyənin Antalya ilə İsparta vilayətlərini birləşdirən yolda mikroavtobusla yük maşını (TIR) toqquşub.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd olunub ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, 7 nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.