IMG-LOGO

Tramp NATO Baş katibi Rütte ilə görüşüb

09 Apr 2026 04:14 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütte ilə qapalı görüş keçirib.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Danışıqlar Ağ Ev rəhbərinin ölkənin NATO-dan çıxması ehtimalı barədə bəyanatları fonunda keçirilib. Əvvəllər xəbər verildiyi kimi, tərəflər Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpa edilməsi məsələlərini müzakirə etməli idilər.

Daha sonra CNN-ə müsahibəsində Rütte bildirib ki, Tramp onunla söhbəti zamanı Vaşinqtonun alyans üzrə bəzi müttəfiqlərinin İrandakı əməliyyat kontekstindəki hərəkətlərindən məyus olub. O, Amerika liderinin narazılığını başa düşdüyünü qeyd edib.

"O, açıq-aydın NATO üzrə bir çox müttəfiqlərdən məyusdur, mən onu anlaya bilirəm. Bununla belə, mən əksər Avropa ölkələrinin öz öhdəliklərinə əməl etdiklərinə zəmanət verərək bazalar, logistika, uçuşlar baxımından faydalı olduqlarını diqqətə çatdıra bildim", - alyansın baş katibi deyib.

Bundan əvvəl Tramp "ABC" telekanalına müsahibəsində bildirmişdi ki, Vaşinqtonun Şimali Atlantika Alyansındakı tərəfdaşlarına İrana qarşı hərbi əməliyyata qoşulmaq çağırışı NATO üçün bir sınaq idi, lakin blok bu sınaqdan keçə bilməyib.

Xəbər lenti