IMG-LOGO

Livanda matəm elan olunub

09 Apr 2026 05:51 4 baxış
IMG

Livan hökuməti aprelin 9-nu ümummilli matəm elan edib.

"Report"un "Mehr" Xəbər Agentliyinə istinadən məlumatına görə, bu barədə Livanın Baş naziri Nəvaf Salam qərar qəbul edib.

O, İsrailin bu ölkəyə qarşı həyata keçirdiyi genişmiqyaslı və təcavüzkar hücumlar nəticəsində həlak olanların xatirəsini anmaq üçün aprelin 9-nu ümummilli matəm günü elan edib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Nəticədə 254 nəfər həlak olub. Daha sonra İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.

Xəbər lenti