IMG-LOGO

Azərbaycan və Somali Nayrobidə Birgə Bəyannamə ilə çıxış edib

09 Apr 2026 09:50 8 baxış
IMG

Azərbaycan və Somali adından şəhər inkişafı üzrə Birgə Bəyannamə təqdim olunub.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, Nayrobidə keçirilən "Mənzil və şəhər inkişafı üçün innovativ maliyyələşmə: dövlət-özəl tərəfdaşlığı" mövzusunda Nazirlər Sessiyasında "Hər Kəs üçün Münasib Mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri kimi Azərbaycan və Somali adından Birgə Bəyannamə təqdim olunub.

Müzakirələr zamanı dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, iqlim və qarışıq maliyyələşdirmə mexanizmlərinin, həmçinin uzunmüddətli mənzil əlçatanlığını təmin edən davamlı modellərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, dialoqun davamı 17-22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13cü sessiyasında (WUF13) davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti