IMG-LOGO

Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçir

09 Apr 2026 11:39 6 baxış
IMG

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2025-ci ilin mənfəət bəyannaməsi üzrə audit yoxlaması üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini aprelin 21-i, saat 18:00-a qədər AZSTAND-ın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 21-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Hesabat" MMC olub. Şirkətə 1,2 min manat ödənilib.

Xəbər lenti