IMG-LOGO

Miqrantları daşıyan qayıq La-Manş boğazında batıb, ölənlər var

09 Apr 2026 12:48 4 baxış
IMG

La-Manş boğazında Böyük Britaniyaya üzən miqrantları daşıyan kiçik qayığın batması nəticəsində 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli KİV-lərə və hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Bu gün qayıq qəzaya uğrayıb. Vəziyyət hələ də qiymətləndirilir", - məlumatda bildirilib.

Qeyd edilib ki, hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Xəbər lenti