IMG-LOGO

Cənubi Koreyada gəmiqayırma zavodunda baş verən yanğına görə 40 nəfər təxliyə edilib

09 Apr 2026 12:42 4 baxış
IMG

Cənubi Koreyada gəmiqayırma zavodunun ərazisində sualtı gəmidə baş verən yanğınla əlaqədar təxminən 40 nəfər təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"HD Hyundai Heavy Industries Co." tərsanəsində olan "ROKS Hong Beom-do" gəmisinin göyərtəsində təxminən 40 nəfər olub. Onlar təxliyə ediliblər. Yanğınsöndürənlər 30-a yaxın texnika cəlb edərək alova tam nəzarəti ələ alıblar. Hazırda itkin düşmüş 60 yaşlı qadının axtarışları davam edir", - məlumatda bildirilib.

Sualtı gəmi avadanlıqların təmiri üçün tərsanəyə daxil olmuşdu.

Xəbər lenti