IMG-LOGO

Paşinyan: Ermənistanın dəmir yollarının idarəetməsini Qazaxıstanla müzakirə etməyi planlaşdırmırıq

09 Apr 2026 14:03 4 baxış
IMG

Ermənistan Qazaxıstanla ölkənin dəmir yollarının idarəetməyə verilməsi barədə danışıqlar aparmağı planlaşdırmır.

"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayevin İrəvana səfəri zamanı bu mövzunun müzakirə predmeti olub-olmayacağı barədə sualı şərh edərkən bildirib.

N.Paşinyan qeyd edib ki, bütün məsələlər Rusiya tərəfi ilə müzakirə olunur: "Üstəlik, hazırkı mərhələdə İrəvan və Moskva arasında dialoq üçün geniş və açıq imkanlar mövcuddur".

Xəbər lenti