IMG-LOGO

Ziya Öztürklər: Şimali Kipr türk dünyası üçün Şərqi Aralıq dənizinə açılan qapıdır

09 Apr 2026 14:53 3 baxış
IMG

Şimali Kipr bütün türk dünyası üçün Şərqi Aralıq dənizinə açılan qapı, eyni zamanda, sülh və sabitlik elementidir.

"Report" xəbər verir ki, bunu Şimali Kipr parlamentinin sədri, Şimali Kipr-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin işçi qruplarının birgə görüşü zamanı deyib.

O, tədbirə evsahibliyinə görə Azərbaycana təşəkkür edib:

"Şimali Kipr bütün türk dünyası üçün Şərqi Aralıq dənizinə açılan qapı, eyni zamanda, sülh və sabitlik elementidir. Həqiqətən də, bu gün Yaxın Şərqdə baş verən proseslər bu qiymətləndirmələrin nə qədər doğru olduğunu, dost, müttəfiq və qardaş dövlətlərin həmrəyliyinin əhəmiyyət daşıdığını göstərir. İnanırıq ki, Azərbaycan və Türkiyə parlamentləri, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığımız gücləndiriləcək. "TÜRKPA Plus" Şimali Kipr üçün də əməkdaşlıq üçün yeni qapılar və imkanlar açacaq".

Xəbər lenti