IMG-LOGO

"Xalq Sığorta" maliyyə vəziyyətini açıqlayıb

09 Apr 2026 15:39 4 baxış
IMG

"Xalq Sığorta" ASC 2025-ci ili 6,005 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2024-cü ildən 4,791 milyon manat mənfəətlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Xalq Sığorta"nın gəlirləri 30,885 milyon manat (əvvəlki ilə nisbətən 7,1 % çox), xərcləri 25,09 milyon manat (0,9 % çox), fövqəladə gəlirləri 1,615 milyon manat (51,9 % çox), fövqəladə xərcləri 909 min manat (3,9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 497 min manat (əvvəlki il mənfəət vergisi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə "Xalq Sığorta"nın aktivləri 93,484 milyon manat olub ki, bu da illik müqayisədə 5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,5 % azalaraq 29,631 milyon manata düşüb, balans kapitalı isə 7,8 % artaraq 63,854 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə, 50 %-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik səhmdarı) məxsusdur.

Xəbər lenti