IMG-LOGO

Aqrar Sığorta Fondunun idarəedici təşkilatının aktivləri 31 %-dən çox azalıb

09 Apr 2026 16:48 4 baxış
IMG

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC 2025-ci ili 100 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 38,9 % çoxdur.

Ötən il "Aqrar Sığorta"nın gəlirləri 22,298 milyon manat (əvvəlki ilə nisbətən 75,2 % çox), xərcləri 22,17 milyon manat (75,6 % çox), mənfəəət vergisi ödəmələri isə 28 min manat (6,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin aktivləri 10,051 milyon manat olub ki, bu da illik müqayisədə 31,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 36,7 % azalaraq 7,762 milyon manata, balans kapitalı isə 2,3 % azalaraq 2,288 milyon manata düşüb.

Xatırladaq ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" 2024-cü ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 16,67 % payla 6 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta" və "Azsığorta" ASC-lərdir.

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Xəbər lenti