IMG-LOGO

"Atəşgah Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb

09 Apr 2026 17:39 4 baxış
IMG

"Atəşgah Həyat Sığorta" ASC 2025-ci ili 10,341 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 38,2 % çoxdur.

Ötən il "Atəşgah Həyat Sığorta"nın gəlirləri 96,861 milyon manat (əvvəlki ilə nisbətən 24,9 % çox), xərcləri 83,935 milyon manat (23 % çox), mənfəət vergisi ödəmələri isə 2,585 milyon manat (38,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Atəşgah Həyat Sığorta"nın aktivləri 149,006 milyon manat olub ki, bu da illik müqayisədə 18 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 23,6 % artaraq 129,374 milyon manata, balans kapitalı isə 9 % azalaraq 19,632 milyon manata enib.

Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,5 milyon manat təşkil edır. Şirkətin səhmləri 100 % "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.

Xəbər lenti