IMG-LOGO

"Meqa Həyat Sığorta"nın aktivləri 26 %-ə yaxın azalıb

09 Apr 2026 17:26 5 baxış
IMG

"Meqa Həyat Sığorta" ASC 2025-ci ili 3,773 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,5 dəfə çoxdur.

Ötən il "Meqa Həyat Sığorta"nın gəlirləri 17,291 milyon manat (2,1 dəfə çox), xərcləri 12,575 milyon manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 943 min manat (2,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Meqa Həyat Sığorta"nın aktivləri 35,843 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 42,7 % azalaraq 19,612 milyon manata düşüb, balans kapitalı isə 16 % artaraq 16,231 milyon manata çatıb.

Xatırladaq ki, "Meqa Həyat Sığorta" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100 % "Meqa Sığorta"dır.

Xəbər lenti