Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefon danışığı zamanı Tehranla Vaşinqton arasında əldə olunmuş atəşkəsi müzakirə ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Lavrov danışıqlar prosesinin uğurlu olacağına ümidvar olduğunu deyib və ABŞ ilə İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə edilməsini alqışlayıb", - nazirlikdən bildiriblər.
Öz növbəsində, Əraqçi Fars körfəzindəki vəziyyətin müzakirəsi zamanı BMT Təhlükəsizlik Şurasında tutduğu prinsipial mövqeyə görə Moskvaya təşəkkür edib.
"Moskva İran ətrafındakı münaqişədə atəşkəs razılaşmasının Livana da şamil edilməsinin tərəfdarıdır", - Rusiya XİN-dən bəyan ediblər.