IMG-LOGO

Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər

09 Apr 2026 19:58 3 baxış
IMG

Türkiyə ABŞ və İran arasında əldə edilən atəşkəs rejimi ilə bağlı razılıqlarını alqışlayır.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Hasan Şeybani ilə birgə mətbuat konfransında söyləyib.

O bildirib ki, hazırda sağlam düşüncə üstünlük təşkil etməlidir və tərəflərin bu məsələdə konstruktiv olması vacibdir.

H.Fidan həmçinin əlavə edib ki, Vaşinqton və İran arasındakı iki həftəlik müvəqqəti atəşkəs kifayət etməyə bilər: "Əgər hər iki tərəf razılaşsa, müddət uzadıla bilər".

Xəbər lenti