IMG-LOGO

Dağıstan və Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət tətbiq edilib

09 Apr 2026 21:25 3 baxış
IMG

Dağıstan və Çeçenistanda intensiv yağışların səbəb olduğu daşqınların ağır nəticələrinə görə fövqəladə hal rejimi regional səviyyədən federal səviyyəyə qaldırılıb.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov hökumət komissiyasının iclasında bildirib.

O, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını koordinasiya etmək üçün Dağıstana gəlib. Respublika rəhbəri Sergey Melikovun sözlərinə görə, Dağıstanda daşqından 6,2 mindən çox insan zərər çəkib.

A.Kurenkov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin qərarına uyğun olaraq, hökumət tərəfindən onun rəhbərliyi altında daşqınların nəticələrinin aradan qaldırılması üzrə ayrıca hökumət komissiyası formalaşdırılıb. Onun tərkibinə federal icra hakimiyyəti orqanlarının rəhbərləri və zərər çəkmiş regionların başçıları daxildir.

"Fövqəladə halın nəticələrinin aradan qaldırılması üzrə sonrakı işlər sözügedən komissiya çərçivəsində təşkil ediləcək", - nazir deyib.

Xəbər lenti