IMG-LOGO

Bayram Ali Ersoy: Türkiyənin sahib olduğu imtahan təcrübələrini türk dövlətləri ilə bölüşə bilərik

10 Apr 2026 11:02 3 baxış
IMG

Şəffaflıq bu gün hər bir platformada ən vacib məqamlardan biridir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin sədri Bayram Ali Ersoy Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə Bakıda keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Mərkəz sədri qeyd edib ki, bu mənada güvən və şəffaflığa diqqət yetirməli, onu itirməməliyik.

Bayram Ali Ersoy Azərbaycanla Türkiyənin mərkəzi imtahan sistemi ilə bağlı 90-cı illərdəki təcrübə mübadiləsinə diqqət çəkərək bundan məmnunluğunu ifadə edib:

"Bu gün texnoloji sahələr inkişaf etdikcə imtahan sisteminin də bu sahədə irəli aparılmasında qətiyyətliyik. Bundan sonra Türkiyənin sahib olduğu təcrübəni Azərbaycan və digər bütün türk dövlətləri ilə bölüşə bilərik. Bu mənada, ortaq bir proqramın yaradılması, eləcə də imtahan nəticələrinin qarşılıqlı tanınması istiqamətində irəliləyişin əldə edilməsi vacibdir".

Xəbər lenti