IMG-LOGO

Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək

10 Apr 2026 10:46 3 baxış
IMG

Almaniyanın Hamburq şəhərində iyunun 6-da Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçiriləcək Forumda "Ağıllı Şəhər Texnologiyaları və Prosesləri" ("Smart City Technology and Processes") mövzusunda müzakirələrin aparılması nəzərdə tutulur.

III Forumun təşkili Almaniyada, eləcə də Avropanın müxtəlif ölkələrində mühəndislik sahələrində çalışan, elmi fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin və gənc alimlərin bir araya gəlməsi, onlar arasında şəbəkələşmənin gücləndirilməsi, həmçinin ölkəmizin müvafiq qurumları ilə elmi-praktik əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Forumda Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndis və mütəxəssislərlə yanaşı, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin, eləcə də Almaniyanın bir neçə nüfuzlu universitet və tədqiqat mərkəzlərinin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Xəbər lenti