IMG-LOGO

ADB Yaxın Şərqdəki vəziyyətin Qafqaz və Mərkəzi Asiya üçün yaradacağı riskləri açıqlayıb

10 Apr 2026 11:59 3 baxış
IMG

Yaxın Şərqdəki münaqişə ilə əlaqədar vəziyyətin pisləşməsi riskləri Qafqaz, Mərkəzi və Qərbi Asiya ölkələrinin iqtisadi perspektivlərinə mənfi təsir göstərir.

"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) region üzrə baş iqtisadçısı Corc Luarsabişvili "Asian Development Outlook" (ADO) icmalının aprel sayının təqdimatına həsr olunmuş brifinqdə bəyan edib.

Onun sözlərinə görə, əsas mənfi amillərə idxal inflyasiyasının güclənməsi, dünya iqtisadiyyatının gözləniləndən daha zəif artımı, xarici disbalansın dərinləşməsi, eləcə də kredit resurslarına və kapitala çıxışın məhdudlaşdırılması da daxil olmaqla maliyyə şərtlərinin sərtləşməsi aiddir: "Eyni zamanda, müsbət amillərdən dayanıqlığa və rəqabətqabiliyyətliliyə investisiyaların artımını, "yaşıl" keçidin sürətlənməsini, həmçinin struktur islahatlarının dinamikasının güclənməsini qeyd etmək olar".

Hesabata əsasən, Qafqaz, Mərkəzi və Qərbi Asiya regionunda iqtisadi artım 2025-ci ildəki 4,6 %-ə qarşı 2026-cı ildə 4,2 %, 2027-ci ildə isə 4,4% səviyyəsində proqnozlaşdırılır. Bu il regionda inflyasiyanın 2025-ci ildəki 25,6 %-ə qarşı 20,6 %, gələn il isə 16,3 % səviyyəsində olacağı gözlənilir.

Xəbər lenti