IMG-LOGO

Tokayev: Qazaxıstan parlamentinə seçkilər avqustda keçiriləcək

10 Apr 2026 12:46 3 baxış
IMG

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ilin avqust ayında birpalatalı Qurultaya seçkilər keçirmək niyyətində olduğunu elan edib.

"Report" xəbər verir ki, bu barədə Akorda (dövlət başçısının mətbuat xidməti - red.) məlumat yayıb.

"Dövlət başçısı olaraq, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən hadisələr barədə əvvəlcədən xəbərdar etməyi son dərəcə vacib hesab edirəm. Buna görə də Konstitusiya qüvvəyə mindikdən dərhal sonra mənim tərəfimdən birpalatalı Qurultaya seçkilərin keçirilməsi haqqında fərman imzalanacaq. Seçkilər bu ilin avqustunda baş tutacaq", - Tokayev bildirib.

Xəbər lenti