IMG-LOGO

Səyahət üçün ən pis geyim rəngi AÇIQLANDI

10 Apr 2026 18:22 5 baxış
IMG
65 0

Mütəxəssislər bildirir ki, səyahət zamanı geyim seçimi rahatlıq üçün çox vacibdir. Ən böyük səhvlərdən biri isə ağ rəngli geyim seçməkdir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, səyahətçi Lauren Tan göstərib ki, nəqliyyatda oturacaqlar düşündüyümüz qədər təmiz olmur. Ağ geyim isə toz, ləkə və çirki dərhal göstərir. Bu səbəbdən yol zamanı tez çirklənir və narahatlıq yaradır. Problem təkcə rəngdə deyil.

Şort geyinmək də yaxşı seçim sayılmır, çünki dəri birbaşa oturacaqla təmasda olur və bu, gigiyenik deyil. Üstəlik, nəqliyyatda kondisioner səbəbilə hava sərin ola bilər. Səyahət üçün ən uyğun seçimlər tünd və neytral rənglərdir: qara, boz, tünd mavi, xaki və ya qəhvəyi.

Bu rənglər daha az çirklənir və səliqəli görünüşü qoruyur. Geyim olaraq isə cins şalvar, jogger və ya rahat trikotaj şalvarlar daha uyğundur. Onlar həm rahatdır, həm də dərini qoruyur.

Maraq səyahət moda məsləhətləri

Xəbər lenti