"Kəpəz"in baş məşqçisi Azər Bağırov komandasını tanıya bilmir.
"Report" xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı bunu Misli Premyer Liqasının XXVII turunda "Karvan-Yevlax"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, komandasının məğlubiyyətini şərh edib:
"Çempionat sona yaxınlaşır. İtkilərimiz çox idi. Dəyişikliklər etmək istədik, amma mərkəz və cinah müdafiəçisi mövqeyini düzəldə bilmədik. "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm. "Qəbələ" ilə görüşdə bəsit qollar buraxdıq. İndi də "Karvan-Yevlax"la. Futbolçularımızla danışacağıq. İstənilən halda, irəli baxacağıq".