IMG-LOGO

"Nottinqem Forest"in azarkeşi "Portu"ya qarşı oyundan sonra stadionda vəfat edib

10 Apr 2026 19:39 4 baxış
IMG

İngiltərənin "Nottinqem Forest" klubunun azarkeşi Avropa Liqasının 1/4 final mərhələsində Portuqaliyanın "Portu" komandasına qarşı keçirilən oyundan sonra vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə qarşılaşmanın (1:1) başa çatmasından sonra baş verib. 84 yaşlı azarkeş oyunun keçirildiyi stadionda dünyasını dəyişib.

Onun ölümü təbii səbəblərdən baş verib. Mərhumun cəsədi Portu şəhərində yerləşən məhkəmə tibbi ekspertiza institutuna aparılıb.

Qeyd edək ki, "Nottinqem Forest" və "Portu" komandaları arasında cavab oyunu aprelin 16-da İngiltərədə keçiriləcək.

Xəbər lenti