IMG-LOGO

Didye Deşam "Real"ın baş məşqçisi ola bilər

10 Apr 2026 19:12 4 baxış
IMG

Fransa millisinin baş məşqçisi Didye Deşam İspaniyanın "Real" klubunu çalışdıra bilər.

"Report" xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Mənbənin iddiasına görə, 57 yaşlı mütəxəssis "Kral klubu"nun yeni baş məşqçi siyahısında yer alıb. Deşam daha əvvəl 2026-cı il dünya çempionatından sonra Fransa millisindəki vəzifəsindən ayrılacağını açıqlayıb.

Qeyd edək ki, o, 2012-ci ildən Fransa milli komandasına rəhbərlik edir. Təcrübəli mütəxəssis karyerası ərzində Fransada "Marsel", "Monako", İtaliyada isə "Yuventus" klublarını da çalışdırıb.

Xəbər lenti