IMG-LOGO

"İnter"in hücumçusu Lautaro Martines zədələnib

10 Apr 2026 20:55 4 baxış
IMG

İtaliyanın "İnter" klubunun kapitanı Lautaro Martines zədə alıb.

"Report" xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı argentinalı hücumçu sol baldır əzələsindən xəsarət alıb. Onun bərpa müddəti hələlik dəqiqləşdirilməyib və vəziyyəti yaxın günlərdə yenidən qiymətləndiriləcək.

Qeyd edək ki, Martines 2025/2026 mövsümündə "İnter"in heyətində 36 oyunda iştirak edib və 20 qol vurub. Hazırda "İnter" A Seriyasında 31 turdan sonra 72 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər lenti