IMG-LOGO

"Borussiya" Niko Şlotterbeklə müqavilənin müddətini uzadıb

10 Apr 2026 20:24 4 baxış
IMG

Almaniyanın "Borussiya" (Dortmund) komandası müdafiəçi Niko Şlotterbek ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin vaxtı 2027-ci ildə başa çatmalı idi.

Qeyd edək ki, Şlotterbek 2025/2026 mövsümündə "Borussiya"nın heyətində 31 oyunda meydana çıxıb və 4 qol vurub. O, 2022-ci ilin yayında Almaniyanın "Frayburq" klubundan Dortmund təmsilçisinə transfer olunub.

Futbolçu "Borussiya"da ümumilikdə 155 oyun keçirib və 10 qolla yadda qalıb.

Xəbər lenti