IMG-LOGO

Baltik ölkələri Rusiyanın Ukrayna ilə bağl ıittihamlarını rədd ediblər

10 Apr 2026 20:07 4 baxış
IMG

Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) keçidi üçün hava məkanlarını guya açmasına razılıq vermələri ilə bağlı Rusiyanın dezinformasiya kampaniyasını qətiyyətlə rədd edirlər.

"Report" xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin (XİN) saytında açıqlanan nazirlərin birgə bəyanatında bildirilib.

Bəyanatda vurğulanıb ki, bu iddialar tamamilə əsassızdır.

"Baltik dövlətləri heç vaxt öz ərazilərinin və hava məkanının Rusiyadakı hədəflərə dron hücumları üçün istifadəsinə icazə verməyiblər", – bəyanatda bildirilib.

Qeyd olunub ki, Baltik dövlətləri bu ittihamları rəsmi olaraq təkzib edib və bu barədə Rusiyanın Tallinndəki (27 mart), Riqadakı (31 mart) və Vilnüsdəki (27 mart) diplomatik missiyalarının müvəqqəti işlər vəkillərinə aydın şəkildə məlumat veriblər.

Xəbər lenti