IMG-LOGO

Hindistanda Pakistanın 11 casusu saxlanıldı

10 Apr 2026 20:55 3 baxış
IMG
2 0

Hindistanın paytaxtı Nyu-Delhidə Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər casusluq, silah qaçaqmalçılığı və terror aktları planlaşdırmaqda şübhəli bilinir. Əməliyyat zamanı hərbi obyektlər yaxınlığında gizli kameralar aşkar edilib, həmçinin silah və partlayıcı maddələr müsadirə olunub.

Qeyd olunub ki, toplanan məlumatlar Pakistan tərəfinə ötürülüb.

hindistan pakistan

Xəbər lenti