Livan və İsrail arasında atəşkəs aprelin 11-də elan oluna bilər.
"Report" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Al Hadath" məlumat yayıb.
Telekanalın məlumatına görə, atəşkəs razılaşması şənbə günü, aprelin 11-də qüvvəyə minə bilər.
Qeyd olunur ki, atəşkəsin mümkün elanı ABŞ-nin vasitəçiliyi ilə aprelin 14-də Vaşinqtonda Livan və İsrail arasında münaqişənin nizamlanmasına dair planlaşdırılan ikitərəfli danışıqlar ərəfəsində xoşməramlı jest kimi nəzərdən keçirilir.