IMG-LOGO

Serb Patriarxı: Kosovo və Metoxiya olmadan serb xalqının gələcəyi yoxdur

11 Apr 2026 05:00 3 baxış
IMG

Kosovo və Metoxiyadan imtinaya yol vermək olmaz, çünki bu region serb xalqının mənəvi və tarixi mərkəzi olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə Serbiya Pravoslav Kilsəsinin rəhbəri, Serb Patriarxı Porfiri öz Pasxa müraciətində bildirib.

Onun sözlərinə görə, Kosovo və Metoxiyada yaşayan serblər firavan gələcəyə gedən yolda maneə kimi qəbul edilməməlidir, çünki Kosovo və Metoxiya serbləri olmadan bütün xalqın layiqli gələcəyini təsəvvür etmək qeyri-mümkündür.

Patriarx həmçinin qeyd edib ki, bu gün xüsusi dualar bölgədə yaşayan və onun təbirincə desək, ciddi sınaqlar və çağırışlarla üzləşməkdə davam edən serblərə yönəlib.

Daha əvvəl, martın 13-də Patriarxı Kosovo və Metoxiyadan serb əhalisinin sıxışdırılıb çıxarılmasının qarşısını almaq çağırışı ilə bir sıra dünya liderlərinə məktublar göndərib.

Xatırladaq ki, Kosovo Serbiya ilə həmsərhəd olan qismən tanınmış respublikadır. Serbiya konstitusiyasına görə, Kosovo ərazisi Serbiya Respublikasının bir hissəsidir və onun tərkibinə Kosovo və Metoxiya Muxtar Vilayəti kimi daxildir.

Xəbər lenti