Misli Premyer Liqasının XXVII turunda bu gün daha 3 oyun keçiriləcək.
"Report" xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 15:30-da başlayacaq.
Ardınca "Bank Respublika Arena"da turun mərkəzi qarşılaşması start götürəcək. Burada lider "Sabah" "Zirə"ni sınağa çəkəcək və sözügedən duelin start fiti saat 18:00-da səslənəcək.
Günün son oyununda isə turnir cədvəlində qonşu olan komandalar - "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri üz-üzə gələcəklər. "Palm Sports Arena"da keçiriləcək matçda ilk fit səsi saat 20:00-da eşidiləcək.
Turnir cədvəlinə 65 xalla "Sabah" başçılıq edir. Rəqibindən 1 az oyun keçirən və 55 xala malik "Qarabağ" ikincidir. "Zirə" 43 xalla dördüncü, 40 xalı olan "Neftçi" isə beşinci sıradadır. 39 xalın sahibi "Araz-Naxçıvan" altıncı pillədə yer alıbsa, akticində 31 xal olan "Şamaxı" səkkizincidir.
Misli Premyer Liqası
IV dövrə, XXVII tur
11 aprel
15:30. "Şamaxı" – "Qarabağ"
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
18:00. "Sabah" – "Zirə"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena"
20:00. "Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Palms Sports Arena"
Qeyd edək ki, turun ilk görüşündə "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.