IMG-LOGO

Rusiya FHN: Dağıstanda 760-dan çox ev su altındadır

11 Apr 2026 10:52 5 baxış
IMG

Dağıstanın (Rusiya) doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

"Regionun doqquz yaşayış məntəqəsi su altında qalmaqda davam edir: ümumilikdə 762 yaşayış evi, 812 həyətyanı sahə və 76 avtomobil yolu sahəsi", - məlumatda vurğulanıb.

FHN-in məlumatına görə, nəticələrin aradan qaldırılması üçün bölgəyə 3,8 mindən çox mütəxəssis və mindən çox texnika cəlb edilib.

Hazırda 16 müvəqqəti yerləşdirmə məntəqəsində 524 nəfər qalır, onlardan 175-i uşaqdır.

Qeyd edək ki, martın 28-də və aprelin 4-5-də yağan güclü yağışlar Dağıstanda genişmiqyaslı daşqına səbəb olub. Əlverişsiz hava şəraiti ilə əlaqədar bölgədə federal səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.

Xəbər lenti