IMG-LOGO

Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxacaq

11 Apr 2026 11:13 4 baxış
IMG

Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxacaq.

"Report" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda bu dəfə də Gürcüstan yığması ilə üz-üzə gələcək.

Görüş Tbilisi şəhərindəki İdman Sarayında, saat 14:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib.

Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.

Xəbər lenti