IMG-LOGO

Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır

11 Apr 2026 12:10 5 baxış
IMG

Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike klubla yeni müqavilə imzalamağa yaxındır.

"Report" "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq bütün əsas şərtlər üzrə razılığa gəliblər.

Yeni müqavilənin müddətinin 2030-cu ilə qədər qüvvədə olması gözlənilir.

Mənbə bildirir ki, bu anlaşma ispan mütəxəssisi Avropanın ən çox qazanan məşqçilərindən birinə çevirəcək.

Qeyd edək ki, Luis Enrikenin rəhbərliyi altında PSJ 2025-ci ildə UEFA Çempionlar Liqası da daxil olmaqla ümumilikdə 10 titul əldə edib.

Xəbər lenti