IMG-LOGO

Azərbaycanın futzal millisi yoldaşlıq görüşündə Gürcüstana uduzub

11 Apr 2026 15:53 4 baxış
IMG

Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxıb.

"Report" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına uduzub 2:5.

Görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç da ev sahiblərinin (4:2) qələbəsi ilə bitib.

Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.

Xəbər lenti