IMG-LOGO

"Real" Mbappeyə görə federasiyaya düşmən oldu

11 Apr 2026 19:02 3 baxış
IMG
0 0

“Real Madrid” İspaniya Kral Futbol Federasiyasının (RFEF) hakimlik sisteminin islahı ilə bağlı layihəsində iştirakdan imtina edib.

Lent.az xəbər verir ki, “kral klubu”nun baş direktoru Xose Anxel Sançes artıq bu mövzu üzrə keçirilən görüşlərdə iştirak etməyəcəklərini federasiyaya bildirib.

Məlumata görə, Madrid klubunda hesab edirlər ki, La Liqa hakimlik baxımından ədalətsiz yarışdır. Bu fikir xüsusilə 31-ci turda “Girona” ilə keçirilən (1:1) oyundan sonra daha da güclənib. Həmin qarşılaşmada Kilian Mbappeyə qarşı edilən qayda pozuntusuna görə penalti verilməyib və klub bu səhvin niyə düzəldilmədiyini anlamır.

Hazırda İspaniya nəhəngi ilə RFEF arasında “tam uzaqlaşma” hökm sürür. “Real Madrid” federasiya ilə münasibətləri normallaşdırmaq niyyətində deyil.

İdman xəbərləri Mbappe Real Madrid

Xəbər lenti