IMG-LOGO

Lider "Sabah" Premyer Liqanın XXVII turunda xal itirib

11 Apr 2026 19:56 4 baxış
IMG

Misli Premyer Liqasının XXVII turunda lider "Sabah" "Zirə" ilə qarşılaşıb.

"Report" xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Bayquşlar"ın heyətində Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) fərqləniblər.

Qonaq komandada isə Ruan Renato (32-p) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.

Turnir cədvəlinə 66 xalla "Sabah" başçılıq edir. 44 xalı olan "Zirə" isə dördüncüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i məğlub (4:1) edib. "Şamaxı" - "Qarabağ" matçında isə hesab açılmayıb.

Xəbər lenti