IMG-LOGO

Pezeşkian: İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda maraqlarımızı qətiyyətlə müdafiə edəcək

11 Apr 2026 20:16 2 baxış
IMG

İran nümayəndə heyəti Pakistanda ABŞ ilə danışıqlarda Tehranın maraqlarını qətiyyətlə müdafiə edəcək.

"Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində yazıb.

"Pakistana gələn yüksək vəzifəli İran nümayəndə heyəti bütün gücü ilə İranın maraqlarını əzmlə qoruyacaq. İstənilən halda, xalqa xidmətimiz bir dəqiqə belə dayanmayacaq və danışıqların nəticəsi nə olursa-olsun, hökumət qətiyyətlə xalqın yanındadır", - paylaşımda bildirilib.

Xəbər lenti