IMG-LOGO

"Bavariya" mövsümdə qolların sayına görə Almaniya çempionatının rekordunu qırıb

11 Apr 2026 22:39 4 baxış
IMG

"Bavariya" futbol üzrə Almaniya Bundesliqasında bir mövsümdə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

"Report" xəbər verir ki, "Bavariya"nın futbolçuları XXIX turun "Sankt-Pauli"yə qarşı səfər matçında üç dəfə fərqləniblər.

Ümumilikdə Münhen klubu turnirin cari mövsümündə 103 qol vurub. Əvvəlki rekord da 1971/1972 mövsümündə çempionatda rəqib qapılarından 101 top keçirən "Bavariya"ya məxsus idi.

"Bavariya" Almaniya çempionatında qələbələrin sayına (34) görə də rekordçudur.

Xəbər lenti