IMG-LOGO

Rusiyanın cənubunda bir ay ərzində 130-dan çox ölü delfin tapılıb

12 Apr 2026 00:45 3 baxış
IMG

Rusiyanın Krasnodar diyarında, Qara dəniz sahilində təxminən bir ay ərzində 130-dan çox ölü delfin aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə "RBK"ya "Delfa" Delfinlərin Xilası üzrə Elmi Ekoloji Mərkəzinin rəhbəri Tatyana Beley məlumat verib.

Onun sözlərinə görə, kütləvi ölüm kambala balığının intensiv ovlanması dövrü və dəniz suyunun çirklənməsinin artması ilə üst-üstə düşüb.

"Martın əvvəlindən aprelin 10-dək Tamandan Siriusa qədər olan sahil xəttində tərəfimizdən 132 ölü fərd qeydə alınıb: 50 hadisə mart ayının, daha 82-si isə aprelin ilk ongünlüyünün payına düşüb", - Beley qeyd edib.

Mütəxəssis bildirib ki, belə vəziyyət bir sıra səbəblərlə bağlıdır. Birincisi, bu dövrdə kambala balığının aktiv ovu həyata keçirilir, torlar isə delfinlər üçün çox təhlükəlidir. Bundan əlavə, yuxarıda qeyd olunan vaxtda dəniz hava şəraiti nəticəsində yaranan müxtəlif çirkab sularla daha çox çirklənir.

Xəbər lenti